Sadə efirlər
SADƏ EFİRLƏR — üzvi maddə olub, ümumi formulu: R-O-R, Ar-O-Ar -dır.
Quruluşu: a. (simmetrik) nüm.: R-O-R / dimetil efiri, dipropilefiri və s.
b. (qeyri simmetrik) nüm.: R-O-R’ / metiletilefiri, etilizopropilefiri və s.
Fiziki xüsusiyyətləri: Sadə efirlər eyni sayda karbon atomu saxlayan spirtlərə nəzərən daha az ərimə — qaynama temperaturuna mailk olurlar. Buna əsas səbəb isə, onların tərkibində hidrogen rabitəsinin olmaması kimi izah olunur.
== Tərkibi və nomenklaturası ==
Simmetrik efirləri adlandırmaq üçün R-qrupunun adından sonra "efir" sözü əlavə edilər:
Məs., etil efiri (dietil efiri), propil efiri (dipropil efiri), fenil efiri (difenil efiri).
Etil efirini çox vaxt sadəcə efir, yafud dietil efiri adlandırırlar.
Qeyri-simmetrik efirləri adlandırarkən əvvəlcə kiçik radikalı sonra isə böyük radikalı adlandırıb efir sözünü əlavə edirlər:
Məs., metil etil efiri, vinil propil efiri, metil fenil efiri.